Logo

ADNSU-da doktoranturaya qəbul imtahanı keçirilib

04.09.2025 09:47 38 baxış
IMG

Sentyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, imtahanda ADNSU-da doktorantura təhsili almaq üçün müraciət etmiş 177 nəfər iddiaçı yazılı- şifahi formada imtahan veriblər. İmtahan prosesinə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov imtahan prosesində iştirak edib. 

Qeyd edək ki, fəlsəfə fənni doktoranturaya qəbulun əsas mərhələlərindən biridir və uğurla keçən namizədlər növbəti mərhələlərə buraxılacaq.

 

 

 

 


 

Xəbər lenti