Logo

ADNSU doktorantının məqaləsi “Science” jurnalında baş müəllif kimi dərc olunub

08.09.2025 09:09 27 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin birgə doktorantı Zaur Bayramovun dünyanın ən nüfuzlu jurnallarından biri olan “Science”-da (Impact Factor 47) baş müəllif kimi məqaləsi dərc edilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu, “Science” jurnalında son dövrlərdə ilk dəfə Azərbaycandan olan alimin baş müəllifliyi ilə dərc olunmuş məqalədir. 

Tədqiqat 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin Azərbaycandakı fəsadlarına həsr olunub. Zaur və həmkarları həssas radar-peyk, GPS , seysmik stansiyalar və süni intellektin geniş tətbiqi ilə Böyük Qafqaz və Kür çökəkliyini izləyiblər. Zəlzələnin episentrdən 1000 km-dən uzaq məsafədə, indiyədək görülməmiş ən böyük 6 maqnitudalı “səssiz” zəlzələni təşviq etdiyini sübut ediblər.

Məqalənin nəticələri artıq El País və The Conversation kimi beynəlxalq media orqanlarında da işıqlandırılıb. 

 


 

Xəbər lenti