Logo

Allen Gavin: ICPC gələcəyin texnologiya liderlərini bir araya gətirən qlobal platformadır

04.09.2025 15:29 34 baxış
IMG

“ICPC təkcə bir proqramlaşdırma yarışması deyil, eyni zamanda gələcəyin texnologiya liderlərini bir araya gətirən qlobal platformadır”.

TƏHSİL.BİZ xəbər verir ki, ICPC Dünya Finalı 2025 çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən “Huawei” şirkətinin baş redaktoru Allen Gavin tədbirin önəmini xüsusi vurğulayıb.

O qeyd edib ki, bu yarışma texniki istedadları üzə çıxarmaqla yanaşı, onların beynəlxalq texnologiya sektoruna inteqrasiyasını da sürətləndirir: “Bu təşəbbüsün bir hissəsi olmaqdan qürur duyuruq”, –  deyən Allen Gavin əlavə edib ki, gənc proqramçıların inkişafına dəstək vermək texnologiya şirkətləri üçün strateji əhəmiyyət daşıyır:  

“Bugünkü iştirakçılar sabahın mühəndisləri, tədqiqatçıları və liderləridir. Onların bacarıqları innovasiyaların formalaşmasında həlledici rol oynayacaq. ICPC-nin Azərbaycanda keçirilməsi isə regionun texnologiya xəritəsində önəmli yer tutduğunu bir daha sübut edir”.

Xəbər lenti