Logo

Biləsuvarın bu liseyi qəbulda 14-cü dəfə 100 faizlik nəticə göstərib

04.09.2025 15:15 37 baxış
IMG

2024-2025-ci tədris ili çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bitirən 41 məzunun hamısı yüksək balla ali məktəbə qəbul olub.

TƏHSİL.BİZ  xəbər verir ki, bu, liseyin tarixində 14-cü 100%-lik nəticədir.

Kompleksin yarandığı gündən bu günə kimi 360 məzunu olub. Bütün məzunlar yüksək bal toplayaraq ölkə daxilində və xaricdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.

Məzunlardan ən yüksək balı Asi Paşazadə toplayıb. O, 677.5 balla Azərbaycan Tibb Universitetinə qəbul olub.Digər məzunların ali təhsil müəssisələrinə qəbul nəticələri də olduqca uğurlu olub. Belə ki, 7 nəfər Bakı Dövlət Universitetinə, 5 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 4 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 3 nəfər Sumqayıt Dövlət Universitetinə, 3 nəfər Xəzər Universitetinə, 3 nəfər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasına, 3 nəfər Azərbaycan Dillər Universitetinə, 3 nəfər Azərbaycan Tibb Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər Azərbaycan Universitetinə, 1 nəfər Bakı Ali Neft Məktəbinə, 1 nəfər Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə, 1 nəfər Qarabağ Universitetinə, 1 nəfər Bakı Biznes Universitetinə və 1 nəfər Bakı Slavyan Universitetinə qəbul olub.

Xəbər lenti