Logo

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

05.09.2025 14:55 46 baxış
IMG

Türkiyə-Azərbaycan Universitetində (TAU) ingilis dili hazırlıq proqramlarında dərs keçmək üçün müəllim vəzifəsinə vakansiya elan edilir.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Tələblər:

·        Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, İngilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);

·        İngilis dilinin tədrisi üzrə minimum 2 (iki) - 5 (beş) il pedaqoji təcrübə;

·        Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq.

Dil və təlim sertifikatı üzrə tələblər:

·        TOEFL imtahanından minimum 100/120 bal;

·        CELTA və ya DELTA sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir);

·        İngilis dilində motivasiya məktubu;

·        İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

·        Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

·        Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.09.2025


 

Xəbər lenti