Logo

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

09.09.2025 15:19 102 baxış
IMG

14 noyabr 2025-ci ildə “Təhsilin İnkişafı Forumu 2025” baş tutacaq. Forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsilin İnkişafı Fondu və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçiriləcək.

Bu barədə Təhsilin İnkişafı Fondundan TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, üçüncü ildir təşkil olunan Forum ilk dəfə 2023-cü ildə “Təhsildən tərəqqiyə”, 2024-cü ildə isə “Tərəfdaşlıqdan tərəqqiyə” devizi altında reallaşıb. Bu illər ərzində Forum təhsil ekosistemində innovativ yanaşmaların müzakirəsi, universitet-sənaye əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.

Təhsilin, texnologiyanın və iqtisadiyyatın inteqrasiyasına həsr olunmuş Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsept mesajı ilə keçiriləcək. Forum çərçivəsində rəqəmsallaşmanın təhsil sisteminə gətirdiyi imkanlar və çağırışlar, həmçinin dövlət-özəl sektor əməkdaşlığının yeni istiqamətləri müzakirə olunacaq.

Forumun proqramına 3 panel müzakirəsi daxil edilib. Ümumilikdə 3 məruzəçi, 3 moderator və 15 spikerin iştirakı gözlənilir. Panelist və məruzəçilər sırasında yerli və beynəlxalq şirkət rəhbərləri, nüfuzlu ekspertlər və qabaqcıl ali təhsil müəssisələrinin nümayəndələri yer alacaq. Forum beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqların müzakirəsi baxımından da əhəmiyyətli platforma rolunu oynayacaq.

 


 

Xəbər lenti