Logo

Məktəbli geyimlərinin paytaxt üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir

08.09.2025 14:40 38 baxış
IMG

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir.

Bu barədə TƏHSİL.BİZ -ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Vətəndaşlar onlara ən yaxın istənilən satış məntəqəsinə müraciət edə bilərlər. Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciətləri olduğu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat verə bilərlər.

Xatırladaq ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib. Valideynlər Təhsil İdarəsinin Çağrı Mərkəzindən, eləcə də övladlarının oxuduğu məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.

 

Xəbər lenti