Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrası 2025/2026-cı tədris ilinin payız və yaz semestrləri üzrə müəllim vəzifəsinə işə qəbul elan edir.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Azərbaycan və rus bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:
1. SF: Texniki qurğu və avadanlıqların idarə edilməsi (Tədris dili: Azərbaycan dili)
2. SF: Optimal idarəetmə sistemləri (Tədris dili: Azərbaycan dili)
3. SF: Energetikada informasiya ölçmə sistemləri (Tədris dili: Azərbaycan dili)
4. Avtomatlaşdırmanın əsasları (Tədris dili: Rus dili)
5. Rəqəmli idarəetmə (Tədris dili: Rus dili)
6. SF: İdarəetmə sistemlərinin identifikasiyası (Tədris dili: Rus dili)
7. Sənaye avtomatlaşdırılması (Tədris dili: Rus dili)
Tələblər:
• Ali təhsil: Magistr və ya doktorantura dərəcəsi;
• Müvafiq sahə üzrə elmi dərəcənin (PhD və ya fəlsəfə doktoru) olması üstünlükdür;
• Tədris sahəsinə uyğun elmi məqalələrin, tədqiqatların və ya layihələrin müəllifi olmaq;
• Ali təhsil müəssisəsində pedaqoji fəaliyyət üzrə ən azı 3 il iş təcrübəsi;
• Fənn proqramlarına uyğun dərs materiallarını hazırlamaq və müasir tədris metodlarından istifadə etmək bacarığı;
• Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
• Tədris dilinə uyğun olaraq rus dilini yüksək səviyyədə bilmək;
• Yaxşı ünsiyyət və təqdimat bacarıqları;
• Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti;
• Müasir İT və tədris texnologiyalarından istifadə bacarığı (MS Office, LMS platformaları və s.).
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər mövzu yerində iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məlumatları qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 12.09.2025