Logo

İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

08.09.2025 14:02 34 baxış
IMG

İdmançılarımız 3-9 sentyabr tarixlərində Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan 3-cü Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar. 

TƏHSİL.BİZ  xəbər verir ki, stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova gümüş medal qazanıblar.

Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.

Qeyd edək ki, sayca üçüncü olan universiadaya sentyabrın 9-da yekun vurulacaq.

 


 

Xəbər lenti