Logo

Azərbaycan alimləri palıd növlərinin quraqlığa davamlılığını araşdırıblar

08.09.2025 16:33 40 baxış
IMG

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Güllü Əliyevanın məqaləsi “Web of Science” və “Scopus” bazalarında indeksləşən, dünyada ən qədim meşə elmi jurnalı hesab olunan Polşa Meşə Cəmiyyətinin “Sylwan” jurnalında dərc olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, məqalədə palıd növlərinin quraqlığa davamlılığı araşdırılıb. Qəbələ, İsmayıllı, Şəki, Lənkəran, Gəncə və Bakı ərazilərində aparılan tədqiqatlar nəticəsində palıd genotipləri arasında əhəmiyyətli genetik müxtəlifliyin mövcudluğu müəyyən olunub.

Qeyd edək ki, məqalə Güllü Əliyeva ilə yanaşı, Cavid Ocaqi, Zümrüd Məmmədova, Vüsalə İsmayılova, Vüsalə Bədəlova, Saleh Məhərrəmov və Minarə Həsənovanın həmmüəllifliyi ilə hazırlanıb.

Xəbər lenti