Logo

Kəlbəcərdə 32 il sonra "İlk zəng"ə hazırlıq

09.09.2025 09:13 77 baxış
IMG

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov işğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərəcək ilk təhsil müəssisəsində - Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində görülən son hazırlıq işləri ilə tanış olub.

İdarədən TƏHSİL.BİZ -ə bildirilib ki, ziyarət çərçivəsində ilk olaraq Kəlbəcərə köçmüş ailələrlə, valideynlərlə və təhsilə cəlb olunacaq şagirdlərlə görüş keçirilib. 

Şagirdlərin məktəbə adaptasiyası və valideynlərin gözləntiləri müzakirə olunub.

Yeni tədris ilinə sayılı günlər qalmış məktəbin maddi-texniki bazası, tədrisə hazırlıq vəziyyəti, şagirdlərin dərsə cəlbi və digər zəruri məsələlər yerində yoxlanılıb.

2025-2026-cı tədris ili Kəlbəcər şəhəri üçün tarixə yazılacaq. Uzun illərdən sonra şəhərdə ilk dəfə məktəb zəngi səslənəcək.

 

 

 

 


 

Xəbər lenti