Logo

"Oxut" layihəsi çərçivəsində “Məzun günü” görüşü baş tutub

09.09.2025 15:15 44 baxış
IMG

Sentyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə keçirilən “Oxut” layihəsi tərəfindən şəhid və aztəminatlı ailələrin övladlarının “Məzun günü” görüşü baş tutub.

TƏHSİL.BİZ xəbər verir ki, səhər yeməyi süfrəsində bir araya gələn uşaqlar ingilis dilində bir-birləri ilə ünsiyyətdə olub, asudə vaxtlarını səmərəli keçiriblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin ingilis dili üzrə ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onların asudə vaxtlarını düzgün təşkil etmək olub.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir “Oxut” layihəsində iştirak edən şagirdlər üçün nəzərdə tutulub və müxtəlif yaş qruplarını əhatə edib. Layihə 8 ay müddətində davam edərək uşaqların dil biliklərinin möhkəmlənməsinə, ünsiyyət vərdişlərinin inkişafına və özünəinamlarının artırılmasına xidmət edib. Bu dövrdə şagirdlər həm akademik, həm də sosial fəaliyyətlərdə iştirak edərək həmyaşıdları ilə daha yaxın münasibətlər qurublar.

 

 

 

 


 

Xəbər lenti