TƏHSİL.BİZ xəbər verir ki, komitənin sədri Anar İsgəndərov iclasda çıxışı zamanı Azərbaycan dili, ədəbiyyat və tarix fənləri ilə bağlı ictimai dinləmənin təşkil ediləcəyini bildirib.
Onun sözlərinə görə, müzakirələrdə elm və təhsil naziri Emin Əmrullayevin də iştirakı gözlənilir.
Qeyd olunub ki, dinləmələrin məqsədi fənlərin tədrisi ilə bağlı mövcud vəziyyətin ictimai müzakirəyə çıxarılması, mövcud problemlərin işıqlandırılması və bu istiqamətdə konkret təkliflərin nəzərdən keçirilməsidir.