Logo

Daha 10 fənn kurikulumu təkmilləşdirilir – Müəllimlərin NƏZƏRİNƏ!

10.09.2025 16:48 36 baxış
IMG

“2021-ci ildən artıq fənn kurikulumlarının təkmilləşdirilməsinə başlanılıb və 2026-cı ilin sonuna qədər bu prosesin tamamlanması nəzərdə tutulub. Bütün fənlər üzrə kurikulumlar yenilənəcək. Proses mərhələli şəkildə aparılır. Bütün kurikulumların istifadə yönümlü olması diqqət edilən əsas məqamlardan biridir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə “Fənn kurikulumlarının təkmilləşdirilməsi” mövzusunda təşkil olunan vebinarda Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov məlumat verib.

O qeyd edib ki, təkmilləşdirilməsi davam edən fənn kurikulumlarının sırasında xarici dil, ikinci xarici dil, Azərbaycan dili (dövlət dili), Azərbaycan tarixi, ümumi tarix, çağırışaqədərki hazırlıq, musiqi, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət fənləri var. 2026-cı ilin sonuna qədər bu proses tamamlanacaq.

Mənsur Məhərrəmov onu da əlavə edib ki, hazırda artıq 10 fənn kurikulumunun təkmilləşdirilməsi yekunlaşıb və elm və təhsil nazirinin əmri ilə bu kurikulumlar üzrə tədrisə başlanılıb. Bu fənlər arasında riyaziyyat, fizika, kimya, biologiya, həyat bilgisi, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, informatika yer alır. Təbiət dərslikləri isə tamamilə yenidən yazılıb və onun kurikulumu ayrıca hazırlanıb.

Xəbər lenti