Logo

Kimya fənninin məzmunu sadələşdirilib

10.09.2025 16:53 34 baxış
IMG

“Fənlərin kurikulumlarının məzmununda yükün azaldılması məqsədilə müəyyən ixtisarlar edilib. Buna uyğun olaraq dərsliklər də təkmilləşdirilir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Təhsil İnstitutunun “Fənn kurikulumlarının təkmilləşdirilməsi” mövzusunda təşkil etdiyi vebinarda ARTİ-nin Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov məlumat verib.

O qeyd edib ki, kimya fənni üzrə kurikulumların məzmununda da xeyli sadələşmələr edilib. Xüsusilə 9-cu sinfin məzmununda ciddi sadələşmə aparılıb və aktuallığını itirən mövzular çıxarılıb:

"Bəzi anlayış və mövzular tamamilə çıxarılmasa da ya qismən ixtisar edilib, ya da daha sadə formada tədris planına daxil edilib. Artıq aktual olmayan anlayış və mövzular müasir tələblərə uyğun yeni anlayış və mövzularla əvəzlənib".

Xəbər lenti