Logo

Bütün fənlərin kurikulumlarının məzmununda ixtisarlar edilib

10.09.2025 16:51 40 baxış
IMG

“Bütün fənlərin kurikulumlarının məzmununda yükün azaldılması məqsədilə müəyyən ixtisarlar edilib. 

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsil İnstitutunun “Fənn kurikulumlarının təkmilləşdirilməsi” mövzusunda təşkil etdiyi vebinarda ARTİ-nin Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov məlumat verib.

O qeyd edib ki, dövrə uyğun olaraq bəzi fənlərin kurikulumlarının məzmununda ixtisarlar edilib, bəzilərinə isə yeni mövzular əlavə edilib:

“Məsələn, riyaziyyat kurikulumundan bəzi mövzular çıxarılıb, amma fizikaya astronomiya ilə bağlı mövzular əlavə edilib. Riyaziyyatda həndəsəyə dair mövzular aşağı, yəni beşinci sinifdən başlayaraq pilot formada tədris edilir. Çünki düşünürük ki, şagirdlərin həndəsə ilə bağlı təsəvvürləri aşağı səviyyədədir. Həndəsənin pilot tətbiqi davam edəcək”.

Xəbər lenti