Logo

Nazir: MİQ imtahanlarının formatı kökündən dəyişdirilməlidir

11.09.2025 14:42 31 baxış
IMG

“Müəllimlərin işə qəbulu imtahanlarının formatı kökündən dəyişdirilməlidir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Nazir bildirib ki, müəllimin işə götürülməsi prosesinin ən yaxşı forması intervüdür: “Elektron imtahan forması korrupsiyanın qarşısının alınması üçün ən yaxşı variantdır. Vaxtilə müəyyən korrupsiya hallarının qarşısının alınması üçün universitetlərdə də semestr imtahanları qapalı elektron formata keçirilib. Ümumiyyətlə, imtahanlar müxtəlif formatlarda olsa, yaxşıdır”.

Xəbər lenti