Logo

Filarmoniyada yay konsert mövsümünün təntənəli açılışı olacaq

17.05.2024 14:16 177 baxış
IMG

Mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya opera səhnəsinin ulduzu italyan Tenor Fabio Andreotti və Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə yay konsert mövsümünün təntənəli açılışı olacaq.

Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, proqramda məşhur ariyalar və cazibədar Neapolitan mahnıları yer alır.

İlk dəfə yay səhnəsi saysız-hesabsız ətirli qızılgüllərlə bəzədiləcək ki, bu da tamaşaçıların hər konsertdən təəssüratlarını maksimum dərəcədə artıracaq və musiqi gecələrinə romantika, əyləncə və həssas bir atmosfer bəxş edəcəkdir.

Payıza qədər Filarmoniyanın yay konsert mövsümü məşhur sənətçilərin və yüksələn istedadların ifaları ilə musiqisevərləri sevindirəcəkdir.

Biletlərin sayı məhduddur.

Xəbər lenti