Logo

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

17.05.2024 20:01 226 baxış
IMG

Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan dərslərin növbəti məşğələsi Filologiya fakültəsində baş tutub. Əvvəlcə şagirdlər Mərkəzdə nümayiş etdirilən eksponatlarla tanış olublar. Onlara arxiv sənədlərinin surətləri, fotoşəkillər, kitablar, suvenirlər və s. haqqında ətraflı məlumat verilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, Heydər Əliyev məktəbinin lektoriyasında davam edən dərsdə Mərkəzin müdiri Tahir Süleymanovun “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirəsi dinlənilib. O, Ümummilli Liderin şəxsiyyəti, fəaliyyəti, ölkə və xalq qarşısındakı xidmətləri haqqında danışıb, 1969-2003-cü illər arasında böyük bir zaman kəsiyinin “Heydər Əliyev dövrü” kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd edib.

Mühazirədən sonra dünyanın tanınmış dövlət xadimlərinin Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar nümayiş etdirilib.

Dərsin “film saatı” adlandırılan hissəsində filoloqlar “Böyük lider Heydər Əliyevin həyat yolu” adlı sənədli filmə tamaşa ediblər.

Sonda dərs boyunca verilmiş məlumat və materiallar əsasında tələbələrə suallar ünvanlanıb, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Ümumiyyətlə, ADPU-da təşkil olunan “Heydər Əliyev dərsləri”ndə indiyədək universitetin müxtəlif fakültələrindən 1000-dən çox tələbə iştirak edib. İlin sonunadək dərslərin qrafik əsasında digər qrup və fakültələrdə də davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti