Logo

Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO

17.05.2024 15:50 155 baxış
IMG

Çinin Quançjou şəhərində keçirilən “GITF 2024” (Quançjou Beynəlxalq Turizm Sərgisi) sərgisində ilk dəfə ölkəmizin turizm imkanları sərgilənir.

Dövlət Turizm Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi və Qoruqları İdarəetmə Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.

Sərginin ilk günü ATB-nin Çindəki təmsilçiliyi tərəfindən destinasiya təqdimatı keçirilib, təqdimat zamanı Azərbaycanın turizm imkanları ətraflı nümayiş etdirilib. Stendin ziyarətçilərinə Azərbaycanın tarixi, turizm potensiallı məkanları, milli mətbəx nümunələri, şərabçılıq, ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş maddi mədəni irs nümunələri, o cümlədən işgüzar turizm imkanları haqqında geniş məlumat təqdim olunur, Azərbaycanın milli şirniyyatlarını dequstasiya etmək imkanı yaradılır.

Sərgidə Çin və digər iştirakçı ölkələrin turizm sənayesi nümayəndələri ilə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Mayın 18-dək davam edəcək sərgidə Azərbaycan Turizm Bürosu “China Outbound Tourism Research Institute” (Çin Xarici Turizm Araşdırmaları İnstitutu) tərəfindən təşkil olunmuş “Chinese Tourist Welcome Award 2024” (Çin Turist Qəbulu Mükafatı) müsabiqəsində “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yerə layiq görülüb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayında 2022-ci ilə müqayisədə 6 dəfədən çox artım müşahidə edilib.

Xəbər lenti