Logo

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib - FOTO

16.05.2024 23:33 297 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası keçirilib. 

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov DAAD-nin uzunmüddətli əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıb. 

Daha sonra AzTU-da fəaliyyət göstərən DAAD-nin alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti və təqaüd proqramları, müraciət şərtləri, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında tələbələrə ətraflı məlumat verib. DAAD-nin bakalavr tələbələri üçün təşkil etdiyi yay məktəbləri və onlara müraciət qaydaları da ətraflı izah olunub.     

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti