Logo

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ekspertlərlə görüş keçirilib

17.05.2024 20:33 236 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ekspertlərlə görüş keçirilib.

Bu barədə "Tehdil.biz"ə DİM-dən bildirilib.

İclasda 2024/2025-ci tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanının proqramı, dərsliklərdə olan dəyişikliklər müzakirə olunub. Proqramda müvafiq bölmələr üzrə düzəlişlər edilməsi məqsədəuyğun hesab edilib.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ekspertlərlə növbəti iclas 24 may 2024-cü il tarixində baş tutacaq.

Xəbər lenti