Logo

Türkiyəli professorlar ADNSU tələbələrinə seminar keçiblər - FOTO

16.05.2024 18:48 145 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyədən gələn professorlar tələbələr üçün seminar keçib.

ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, Türkiyənin Pamukkale Universitetinin professorları - Sevilay Çətin, Gökhan Ünlü, Sinan Aksöz və Osman Nuri Ağdağ Cihaz mühəndisliyi kafedrasının təşkilatçılığı ilə universitetlə, o cümlədən tədris və dərs şəraiti ilə tanış olublar.

Qardaş ölkədən gələn qonaqlarla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Səfər çərçivəsində Türkiyənin Pamukkale Universitetinin və ADNSU-nun professorlarının iştirakı ilə nanotexnologiyalar, tibbi cihazlar, simsiz enerji ötürülməsi mövzusunda seminar keçirilib. Seminarda Cihaz mühəndisliyi kafedrasının müdiri professor Lalə Bəkirova, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı dosent Fərid Ağayev çıxış edərək görüşün məqsədi, təqdimat mövzuları haqqında məlumat veriblər.

Sonra professorlar qeyd olunan mövzularla bağlı konkret sahələr üzrə təqdimatla çıxış ediblər.

Xəbər lenti