Logo

Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ

17.05.2024 16:37 295 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 14-də dövlət qulluğuna qəbul üzrə keçirdiyi test imtahanında (B növü – inzibati icraçı) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, test imtahanında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusuna və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrinə müraciət edərək həftənin iş günləri saat 09:00-dan 17:00-a kimi (nahar fasiləsi (13:00-14:00) istisna olmaqla) əldə edə bilərlər.

Sertifikatı DİM-in regional bölmələrindən əldə etmək üçün azı bir həftə əvvəl [email protected] ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

Xəbər lenti