Logo

"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"

18.05.2024 15:46 236 baxış
IMG

"Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində keçirilən monitorinq prosesi uğurla yekunlaşıb. Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində təhsil alan şagirdlərin 98 faizindən çoxu monitorinqdə iştirak edib".

Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, həm agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib:

"Sabah isə VI siniflər üzrə monitorinq keçiriləcək. Şagirdlərin iştirakının maksimum təmin olunması, eyni zamanda, hər hansı xüsusi xoşagəlməz halların baş verməməsi üçün hazırlıqlar davam etdirilir”.

Xəbər lenti