Logo

Samirə Mustafayeva AzTV-dəki işindən ayrıldı

17.05.2024 13:38 293 baxış
IMG

Aparıcı Samirə Mustafayeva AzTV-dəki işindən ayrılıb. 

Tehsil.biz Axşam.az-a istinadən xəbər verir ki, televiziya ulduzu kanalla iş birliyinə son qoyub. 

S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir: “Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzunmüddətli icazə almaq olmur. Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu”. 

Qeyd edək ki, S.Mustafayeva uzun müddət ATV-də işləyib. O, daha sonra fəaliyyətinə fasilə verib. 2020-ci ildən isə AzTV-nin əsas “Xəbərlər” buraxılışının aparıcısı kimi çalışırdı.

Xəbər lenti