Logo

ABŞ-də 6 yaşlı uşaq müəllimini güllələdi

07.01.2023 17:41 289 baxış
IMG

ABŞ-nin Virciniya ştatında ibtidai məktəbdə altı yaşlı uşaq müəllimini güllələyib.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, uşaqla müəllim arasında yaranan mübahisədən sonra uşaq müəlliminə atəş açıb.

Məlumata görə, güllələnən müəllim xəstəxanaya aparılıb. Müəllimin həyatının təhlükədə olduğu, hadisə zamanı şagirdin xəsarət almadığı qeyd olunur.

Azyaşlının silahı haradan əldə etdiyi araşdırılır.

Xəbər lenti