Logo
Məktəblər IMG
Məktəblər - 14.07.2023 09:32
MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir

Test imtahanlarının 4-cü günü - - - İyulun 14-də müəllimlərin işə qəbulu (#MİQ) müsabiqəsinin test imtahanlarına Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5 635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd dəvət olunub. Qeyd edək ki, MİQ yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır. Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. 11-15 iyul tarixlərini əhatə edən test imtahanları 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 mərkəzdə təşkil olunur. İmtahanlarda namizədlərə 150 dəqiqə vaxt verilir. #ElmvəTəhsilNazirliyi #EduAz #ARTİ #İRM #Müəllim #MİQ2023

Xəbər lenti