Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
İddia olunur ki, 10 ildir fəaliyyət göstərən təhsil kompleksinin bağlanmasına səbəb maliyyə problemləridir.
Məlumata görə, yaxın günlərdə liseyin fəaliyyəti ilə bağlı iclas keçiriləcək.
Bildirilir ki, hazırda liseydə 200 şagird təhsil alır.