Logo

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII respublika müsabiqəsində xüsusi fərqləniblər

20.04.2024 00:01 261 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII respublika müsabiqəsində xüsusi fərqləniblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

Bildirilib ki, onlardan X sinif şagirdləri Nihad Həşimov və Onur Əlləzov fizika və astronomiya üzrə II, X sinif şagirdləri Bəxtiyar Əmiraslanov, İlyas Muxtarov, IX sinif şagirdi Cabir Abbasov kimya, X sinif şagirdi Fuad Hüseynov isə biologiya istiqaməti üzrə III yerə layiq görülüblər.

Xəbər lenti