Logo

Rusiyada naməlum şəxs 16 yaşlı tələbəni güllələyib

07.01.2023 16:30 239 baxış
IMG

Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda 16 yaşlı gənclə naməlum şəxslər arasında münaqişə pnevmatik tapançadan açılan atəşlə başa çatıb.

Tehsil.biz "Gazeta.ru"ya istinadən xəbər verir ki, hadisə Polyustrovski parkında baş verib.

İlkin məlumata görə, xəsarət alan kollec tələbəsi yaşlı gənclərdən ibarət şəxslərlə münaqişə edib. İnsident zamanı onlardan biri pnevmatik tapançanı çıxararaq gəncə atəş açıb.

Tələbə orta ağır vəziyyətdə Pediatriya Universitetinin xəstəxanasına yerləşdirilib. Həkimlər 16 yaşlı yeniyetmənin vəziyyətini nəzarətdə saxlayırlar.

Zərərçəkmiş polisə qarşıdurmanın səbəbləri barədə danışmaqdan imtina edib. Onun hücum edənlərlə tanış olub-olmadığı da məlum deyil.

Xəbər lenti