Logo

Eşqi Bağırov: Təmayül sinifləri olan məktəblərdə şagirdlərin nəticələri yüksəkdir

28.11.2025 16:16 62 baxış
IMG

Yeni tədris ilindən ölkənin 12 məktəbində təmayül sinifləri fəaliyyətə başlayıb. Demək olar ki, layihə respublikanın bütün regionlarını əhatə edir. Bu məktəblərdə dərs deyəcək müəllimlərin seçimi xüsusi mexanizmlər əsasında aparılıb.

Bu fikirləri TƏHSİL.BİZ-ə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, seçim mərhələsində yalnız ən yüksək nəticə göstərən və sertifikasiya balı yüksək olan müəllimlər tədrisə cəlb olunublar: “Təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktor müəllimdir. Buna görə də əminik ki, bu məktəblərdə oxuyan şagirdlər ən yüksək nəticələrlə yadda qalacaqlar”.

Eşqi Bağırov əlavə edib ki, layihədə iştirak edən şagirdlər hələ tam orta təhsillərini başa vurmayıblar: “Bu səbəbdən digər məktəblərlə müqayisə aparmaq üçün hələlik baza yoxdur. Lakin son aylarda keçirilən sınaq imtahanlarının nəticələri göstərir ki, bu məktəblərdə tədris prosesi kifayət qədər keyfiyyətli təşkil olunub və şagirdlərin nəticələri yüksəkdir”.

Xəbər lenti