Logo

Məktəbin həyətində vəfat edən şagirdlə bağlı AÇIQLAMA

28.11.2025 14:22 75 baxış
IMG

Dünən Masazır kəndi Əliağa Vahid adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 1-ci sinif şagirdi dünyasını dəyişib

Məsələ ilə bağlı TƏHSİL.BİZ-in sorğusuna cavab olaraq Abşeron- Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbli saat 11:30 radələrində dərsdən çıxıb evə gedərkən təhsil müəssisəsinin həyətində qəfil halı pisləşib:

“Məsələ ilə bağlı dərhal Təcili Tibbi Yardım Xidmətinə məlumat verilib. Şagird qohumu tərəfindən tibb müəssisəsinə aparılıb. Bir müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır. Şagirdimizin vəfatı ilə bağlı dərin təəssüf hissimizi bildirir, ailəsinə və yaxınlarına başsağlığı veririk. Araşdırma prosesi davam edir”.

Xəbər lenti