Logo

UNEC və Okan Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

26.11.2025 16:23 15 baxış
IMG

İstanbulda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Türkiyənin Okan Universiteti arasında əməkdaşlıq perspektivlərinə dair görüş keçirilib.

Görüşdə tərəflər iki universitet arasında elmi, akademik və karyera istiqamətlərində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.

UNEC-i görüşdə Karyera Mərkəzinin direktoru Sevinc Məcid və Xarici əlaqələr şöbəsinin böyük mütəxəssisi Rəsul Yusibov təmsil edib. Okan Universiteti tərəfindən isə Beynəlxalq Əlaqələr Koordinatoru Hazar Dördüncü və Karyera Mərkəzinin rəhbəri Peren Yönük iştirak ediblər.

Tərəflər arasında aparılan müzakirələrdə birgə konfransların təşkili, beynəlxalq təhsil sərgilərində əməkdaşlıq, məzunlarla əlaqələrin gücləndirilməsi və karyera günlərinin keçirilməsi kimi istiqamətlər müzakirə olunub. Hər iki universitetin nümayəndələri gələcək layihələrin reallaşdırılması üçün geniş potensialın mövcudluğunu vurğulayıblar.

Okan Universitetinin nümayəndələri, UNEC-in beynəlxalq reytinqlərdə göstərdiyi nailiyyətləri yüksək qiymətləndirərək bu nəticələrin əməkdaşlıq üçün mühüm əsas yaratdığını bildiriblər.

Görüşün sonunda tərəflər əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə növbəti görüşlərin keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti