Logo

Nəticələr elan olunub

26.11.2025 16:21 18 baxış
IMG

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün noyabrın 2-də keçirilən imtahanın II mərhələsinin yekun nəticələri elan olunub

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 noyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

Xatırladaq ki, qeyd olunan imtahanda iştirak edən namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olublar. Hazırda isə yazılı cavab tələb edən tapşırıqların  nəticələri daxil olmaqla yekun imtahan nəticəsi təqdim olunub. İmtahan iştirakçıları DİM-in internet saytında  yekun imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 750 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən 415 nəfər uğur əldə edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər müraciətlərini noyabrın 27-dən dekabrın 1-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Müraciətə şəxsiyyət vəsiqəsinin surəti də əlavə olunmalıdır.

Müvəffəqiyyət şərtləri:

I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər. 

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı 

II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

İmtahanlarda sertifikat əldə etmiş namizədlərin nəzərinə çatdırırıq ki, müvafiq sertifikatlar hazır olandan sonra onlara bu barədə məlumat veriləcək.

 

 

Xəbər lenti