Logo

Azərbaycan məktəblərində tədris dili üzrə statistika açıqlanıb

25.11.2025 18:15 269 baxış
IMG

Hazırda Azərbaycanda ümumi təhsil müəssisələrində 1 milyon 682 min 480 şagird təhsil alır.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, onların 1 milyon 507 mini Azərbaycan bölməsində oxuyur. Məlumata görə, 157 min şagird rus, 15 min şagird ingilis, 2 min 500 şagird türk, 980 şagird isə gürcü bölməsində təhsilini davam etdirir.

Xəbər lenti