Logo

UNEC-in əməkdaşları Yıldız Texnik Universitetində işgüzar görüş keçiriblər

25.11.2025 13:22 50 baxış
IMG

UNEC-in Tələbə İşləri Mərkəzinin direktoru Xalidə Yusifova, Türk Dünyası İqtisad Fakültəsinin dekanı v.m.i.e Yusif Əliyev, TİM direktor müavini, Tələbə hərəkəti şöbəsinin müdiri Xalidə Kərimova, Bir Pəncərə şöbəsinin müdiri Nərmin Zeynallı və TİM əməkdaşı Rəfiqə Bağırzadə Türkiyənin Yıldız Texnik Universitetində işgüzar görüş keçiriblər.

Səfər çərçivəsində nümayəndələr universitetin Ögrenci İşleri Dairəsinin rəhbəri Hicran Burcu Aydın ilə görüşüb, idarəetmə modeli, tələbə xidmətləri və struktur bölmələr barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüş zamanı qeydiyyat prosesi, elektron xidmətlərin təşkili və şöbələrarası koordinasiya məsələləri müzakirə edilib. Tərəflər gələcəkdə təcrübə mübadiləsinin və əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti