Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) AzUAC MUN klubunun təşkilatçılığı ilə tələbələrin liderlik bacarıqlarının inkişafına həsr olunmuş “Karyerada liderliyə doğru ilk addımlar” adlı inkişaf sessiyası təşkil edilib.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, tədbir çərçivəsində iştirakçılarla liderlik anlayışının mahiyyəti, effektiv liderin əsas xüsusiyyətləri, ideal lider modelinin formalaşması və şəxsi liderlik strategiyalarının qurulması mövzuları üzrə geniş müzakirələr aparılıb.
Sessiya zamanı qrup işi təşkil olunub, tələbələr komandalar şəklində təqdim edilən situasiya tapşırıqlarını həll etməklə real liderlik nümunələrini təcrübədən keçiriblər.
İştirakçılar öz baxışlarını bölüşərək müxtəlif yanaşmaları müqayisə edib, interaktiv müzakirələr vasitəsilə şəxsi liderlik potensiallarını daha yaxşı qiymətləndirmək imkanı əldə ediblər.
Tədbir universitet tələbələrində liderlik düşüncəsinin gücləndirilməsi və karyera inkişafı istiqamətində praktiki bacarıqların formalaşdırılmasına xidmət edib.