Logo

Prof.Mahirə Hüseynova və dos.Könül Həsənova dəyirmi masada iştirak ediblər

28.11.2025 12:33 39 baxış
IMG

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologoya fakültəsinin dekanı dosent Könül Həsənova Bakı Slavyan Universitetində keçirilmiş “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masada iştirak ediblər.

Açılışda BSU-nun rektoru Anar Nağıyev çıxış edərək Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi prioritetlərə uyğun olaraq universitetdə Qərbi Azərbaycan tədqiqatlarının genişləndirildiyini, xüsusi mərkəzin yaradıldığını, dərslik və proqramların hazırlandığını, beynəlxalq tərəfdaşlarla təbliğat işlərinin aparıldığını qeyd edib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və professor Abel Məhərrəmov çıxışlarında Qərbi Azərbaycan məsələsinin elmi müstəviyə gətirilməsinin vacibliyini, erkən yaşlardan tarix tədrisinin gücləndirilməsinin və toponimlərlə bağlı geniş araşdırmalar aparılmasının əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda filologiya elmləri doktoru, Əməkdar elm xadimi Həsən Mirzəyevin doğum günü münasibətilə BSU-nun foyesində onun xatirə lövhəsi yerləşdirilib.

Xəbər lenti