Logo

Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər

26.11.2025 12:30 32 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Türkiyənin Kırşehir şəhərində keçirilən “Anadoluda türk yazı dilinin öncüləri və Aşıq Paşa” beynəlxalq simpoziumunda iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə Dilçilik İnstitutundan məlumat verilib. Bildirilib ki, simpoziumda Dilçilik İnstitutunun alimləri ‒ Türk dilləri şöbəsinin baş elmi işçisi dosent Şəbnəm Həsənli-Qəribova və Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi dosent Fidan Salayeva da məruzə ilə çıxış ediblər. Azərbaycan alimləri sertifikatlarla təltif ediliblər.

Simpozium Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kırşehir valiliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və Kırşehir Ahi Evran Universitetinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Qazaxıstan, Türkiyə, Şimali Kipr və Qırğızıstandan dəvət olunmuş alimlər türk dilinin tarixi, Anadoluda türk ədəbi dilinin ilk nümunələri və s. mövzularda məruzə ediblər.

Xəbər lenti