Logo

Bu ölkədə məktəbə basqın edildi - 227 nəfər qaçırıldı

22.11.2025 23:45 24 baxış
IMG

Nigeriyada katolik məktəbinə edilən silahlı basqın zamanı 215 şagird və 12 müəllim qaçırılıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, hadisə ABŞ Prezidenti Donald Trampın Nigeriya hökumətini xristianlara qarşı hücumları önləməməkdə ittiham etdiyi və hərbi əməliyyatlarla hədələdiyi bir dövrdə baş verib.

Rəsmilərin məlumatına görə, basqını həyata keçirən dəstə üzvləri girovları məktəbin yaxınlığındakı meşəlik əraziyə aparıblar. Bölgədə genişmiqyaslı axtarışlar davam etdirilir.

Bu hadisə 2024-cü ildən bəri ölkədə ən böyük girov götürmə kimi qeydə alınıb. Hücumdan sonra təhlükəsizlik tədbirləri çərçivəsində 47 məktəb müvəqqəti bağlanıb.

Son günlər ölkədə girov götürmə hallarının artdığı bildirilir. Bu həftənin əvvəlində internat məktəbindən 25 qız şagird, bir kilsəyə edilən hücum zamanı isə 38 nəfər qaçırılıb. Kilsə rəsmisinin sözlərinə görə, silahlı şəxslər hər bir girov üçün təxminən 69 min dollar fidyə tələb ediblər.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISWAP kimi terror qruplaşmalarının hücumları ilə üz-üzədir.

Xəbər lenti