İngiltərədə Altsheymer xəstəliyi ilə bağlı klinik tədqiqat aparan DP təqaüdçüsü Aygün Bədəlovanın tədqiqat nəticələri ötən ay Kembric Universitetinin təşkil etdiyi "8-ci Kembric Neyroelmlər Simpoziumu – Müdaxilələr və Bərpa" simpoziumunda təqdim edilib.
TƏHSİL.BİZ xəbər verir ki, A.Bədəlova təqdimatında Altsheymer xəstələri üçün hazırladığı yeni neyroreabilitasiya üsulundan və 6 həftəlik terapiya proqramının yaddaşın bərpasında əldə etdiyi müsbət təsirlərdən bəhs edib.
Hazırda Aygün Bədəlova İngiltərədə Nevrologiya İnstitutunun Beyin Bərpa və Reabilitasiya şöbəsində Altsheymer xəstəliyi üzrə doktorantura təhsilini davam etdirir.