Logo

“Karyera yolu - 2” layihəsində 28 iştirakçı sertifikatla təltif olunub

19.11.2025 20:50 28 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla iş Mərkəzinin təşəbbüsü ilə I–III kurs tələbələri üçün həyata keçirilən “Karyera yolu - 2” layihəsi uğurla yekunlaşıb.

BDU-dan bildirilib ki, layihə çərçivəsində əvvəlcədən aparılan müsahibələr əsasında 28 tələbə seçilib. Tələbələr “Karyera planlaması”, “Özünütanıma”, “Əmək bazarının araşdırılması”, “SMART məqsədlərin təyin olunması”, “Effektiv CV–rezüme hazırlığı”, “Müsahibəyə hazırlıq”, “LinkedIn profilinin hazırlanması” mövzularında təlimlərə qatılıblar. Onlar interaktiv müzakirələrdə iştirak edib, qrup işləri və praktiki tapşırıqlar icra ediblər.

Layihə çərçivəsində hər bir tələbənin peşəkar CV-si və “LinkedIn” profili hazırlanıb. Proqram iştirakçıları öz potensiallarını tanımaq, şəxsi və peşəkar məqsədlərini müəyyənləşdirmək, əmək bazarının dinamikasını analiz etmək, rəqəmsal və ənənəvi iş axtarışı üsulları ilə tanış olmaq, eləcə də müsahibə və işə qəbul proseslərinin simulyasiyası imkanları əldə ediblər.

Tədbirin sonunda yüksək nəticələr əldə edən 28 iştirakçı sertifikatla təltif olunub.

Xəbər lenti