Logo

DP təqaüdçüsünün araşdırması Kembric simpoziumunda təqdim edilib

21.11.2025 13:43 92 baxış
IMG

İngiltərədə Altsheymer xəstəliyi ilə bağlı klinik tədqiqat aparan DP təqaüdçüsü Aygün Bədəlovanın tədqiqat nəticələri ötən ay Kembric Universitetinin təşkil etdiyi "8-ci Kembric Neyroelmlər Simpoziumu – Müdaxilələr və Bərpa" simpoziumunda təqdim edilib.

TƏHSİL.BİZ xəbər verir ki, A.Bədəlova təqdimatında Altsheymer xəstələri üçün hazırladığı yeni neyroreabilitasiya üsulundan və 6 həftəlik terapiya proqramının yaddaşın bərpasında əldə etdiyi müsbət təsirlərdən bəhs edib.

Hazırda Aygün Bədəlova İngiltərədə Nevrologiya İnstitutunun Beyin Bərpa və Reabilitasiya şöbəsində Altsheymer xəstəliyi üzrə doktorantura təhsilini davam etdirir.

Xəbər lenti