Logo

UNEC tələbələrindən “Əlaçı” təqaüdündə yenidən rekord nəticə: 37 tələbə qalib oldu!

19.11.2025 21:00 38 baxış
IMG

PAŞA Holdinq və PAŞA Sığortanın həyata keçirdiyi “Əlaçı” 2025/2026 təqaüd proqramının nəticələri açıqlanıb.

Ölkənin müxtəlif universitetlərindən yüzlərlə tələbənin iştirak etdiyi müsabiqədə 100 tələbə qalib seçilib. Onlardan 37 nəfəri UNEC tələbəsidir. Qürurvericidir ki, ötən illərdə olduğu kimi, bu il də proqramın qalibləri arasında ən çox UNEC tələbəsi yer alıb.

Qaliblərin 19-u Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE), 10-u Maliyyə və mühasibat fakültəsinin, 5-i Rəqəmsal İqtisadiyyat fakültəsinin, 3 nəfər isə UNEC Sabah quruplarının tələbələridir.

Proqramın qaliblərini 3 aylıq şəxsi inkişaf marafonu, müxtəlif təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq sessiyaları, eləcə də “PAŞA Holding” və “PAŞA Qrup” mütəxəssisləri ilə görüşlər gözləyir.

Xəbər lenti