Logo

Şagird sayı az olan məktəblərin sayı açıqlanıb

21.11.2025 00:10 73 baxış
IMG

“Azərbaycanda 4036 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin böyük hissəsində şagird sayı 1000-dən azdır”. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

Nazir bildirib ki, ölkə üzrə şagird sayı 10-dan az olan 94 məktəb var. Şagird sayı 20-dən az olan məktəblərin sayı 247-yə, 30-dan az olanların sayı 401-ə yüksəlir. Ümumilikdə isə 100 şagirddən az olan məktəblərin sayı artıq 1241-dir. Ölkədə şagird sıxlığı 150-dən az olan təhsil müəssisələrinin sayı 1812-dir: “200-dən az şagirdi olan məktəblərin sayı 2175 nəfərə çatır. 500-dən az şagirdi olan məktəblərin sayı isə artıq 3147-dir”.

Yetər Kərimli

Yetər Kərimli

Xəbər lenti