Logo

Maliyyə və mühasibat fakültəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib

19.11.2025 18:14 23 baxış
IMG

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna xidmətlərindən bəhs edib, müasir müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbulunun məhz Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildiyini, bu sənədin ölkəmizin siyasi, hüquqi və iqtisadi inkişafında fundamental rol oynadığını diqqətə çatdırıb.

Sonra “İqtisadiyyat” kafedrasının müəllimi Lamiyə Əlibəyli-Abdullayeva “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda geniş təqdimatla çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Konstitusiyasının hazırlanması və qəbul olunmasında göstərdiyi misilsiz liderliyindən, hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdıran strateji baxışından bəhs edib, Konstitusiyanın Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, milli suverenliyin möhkəmləndirilməsi və insan hüquq və azadlıqlarının təmininə yönəlmiş prinsipial mövqeyinin parlaq ifadəsi olduğunu vurğulayıb, bu ali sənədin Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasını uzunmüddətli perspektivdə təmin edən möhkəm hüquqi baza yaratdığını qeyd edib.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti