Logo

Azərbaycan İdman Akademiyası III Beynəlxalq Məşq və İdman Elmləri Konqresində təmsil olunub

25.11.2025 13:54 61 baxış
IMG

Noyabrın 20–22-də Türkiyənin Konya şəhərində Selçuk Universitetinin ev sahibliyi ilə Azərbaycan İdman Akademiyası (ASA), Ondokuz Mayıs Universiteti, Ordu Universiteti, Sinop Universiteti və Giresun Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Məşq və İdman Elmləri Konqresi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirə 22 ölkədən 150-dən çox tədqiqatçı qatılıb. ASA konqresdə ən geniş heyətlə təmsil olunub – 6 nəfər əyani, 24 nəfər isə onlayn olmaqla ümumilikdə 30 tədqiqatçı iştirak edib.

Açılış mərasimində ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxış edərək beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, akademiyada son illər elmi tədqiqatlara marağın artdığını və beynəlxalq tərəfdaşlarla birgə layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Konqres çərçivəsində plenar sessiyalar və panel müzakirələr təşkil olunub, idman elmlərinin aktual çağırışları və yeni tədqiqat tendensiyaları müzakirə edilib.

Xəbər lenti