Logo

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkəranda internat məktəbində olub

22.11.2025 21:38 23 baxış
IMG

Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində olublar.

Əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra sinif otaqlarında, məşğələ və istirahət otağında uşaqların asudə vaxtının səmərəli təşkili prosesləri izlənilib.

Qeyd edək ki, regional xarakter daşıyan və cənub bölgəsində yeganə olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində autizm və Daun sindromlu, o cümlədən əqli inkişafdan geri qalan uşaqların mütəxəssislər tərəfindən həm təhsil almaları, həm də reabilitasiya prosesi təmin edilir. Həmin uşaqların məktəbdə qalması üçün də şərait yaradılıb ki, 34 uşaq bu imkandan yararlanır.


 

Xəbər lenti