Logo

Peşə təmayüllü siniflərdə aparılan monitorinqlər başa çatıb

25.11.2025 16:35 59 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən peşə təmayüllü siniflərin təşkil olunduğu müəssisələrdə monitorinqlər aparılıb.

Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, 100 ümumi təhsil müəssisəsinin 200 ixtisas qrupunda emalatxana otaqlarının vəziyyəti, ixtisas müəllimləri və qrup rəhbərlərinin dərs prosesindəki fəaliyyəti, şagirdlərin dərsdə iştirakı, maddi-texniki baza və tədrisə dair sənədləşmə prosesinin yoxlanılması üzrə aparılan monitorinqlər başa çatıb. 

Xəbər lenti